Xcross blog

Sağlam geyim

Həmişə nə yediyimiz barəsində diqqətlə düşünürük amma nə geyindiyinizin və sizə olan ziyanlar barəsində düşünmüsünüz ? Xeyr,bizi maraqlandıran məsələnin estetik tərəfidir. Geyimin nə qədər sağlam olması ən son ağlımıza gələn hissədir. Bəziləri üçün bu xəbər yenilik ola bilər, amma açıq bildirək ki,nə geyindiyimizlə hansı xəstəliklə xəstələnməmiz arasında sıx bağlılıq var.

Sintetikadan,süni parçalardan və dar cins şalvarlardan tamamilə imtina etmək kimi kəskin tədbirlər görməyə çağırmaq niyyətində deyilik. Biz sadəcə bəzi faydalı məsləhətlər vermək istəyirik.
Geyim kanserogen ola bilər. Və bu zarafat deyil. Quançjouda Milli Tikiş və Tekstil Nəzarət Mərkəzinin apardığı araşdırmaya görə, elm adamları dəhşətli bir nəticəyə gəliblər: tədqiq edilən 20 tanınmış brend arasından götürülmüş nümunələrin 6%-ında zərərli maddələr tapılmışdır. Mütəxəssislər deyirlər ki, zəhərli boyalar və inqrediyentlər dərimizə sorulur və birbaşa qanımıza daxil olur. Əslində, bütün bunlar bir sadə səbəbə görə mövcuddur: pula qənaət etmək cəhdi. Sağlamlığımızın qiymətini təəssüf ki anlamırıq. Bunun qarşısını necə almaq olar? Əslində, bu, çox çətindir, çünki düzgün analiz olmadan "təhlükəli geyim" barəsində dəqiq bildirmək olmaz. Buna görə də, mənşəyi məlum olmayan geyimləri almaq sağlamlığımız üçün böyük təhlükədir.

Sağlam paltar - nədir ?
Əgər risk etmək istəmirsinizsə, o zaman ən yaxşı seçim ECODress adlı paltar almaq olardı. Parçalardan tutmuş aksesuarlara qədər belə geyimlər adətən təhlükəsiz və ekoloji cəhətdən təmiz materiallardan hazırlanır. Xammal qarderob elementinə çevrilməzdən əvvəl minimum kimyəvi emaldan keçir. Eyni zamanda, ECO toxuculuq həm təbii, həm də süni liflərdən hazırlana bilər. Təbii geyim materialları üçün uyğundur: ipək, pambıq, kətan, yun, dəri. Süni: bambuk, viskoza, soya və s. Onlar da çox yüksək keyfiyyətlidir, orqanizm üçün tamamilə zərərsizdir və faydalı xüsusiyyətlərə malikdir.
Hələ də sintetik paltar geyinməyə üstünlük verirsiniz? Yox deyirsinizsə, yaxşıdır.Yox hələ də sintetika barəsində şübhələriniz qalıbsa davam edək. Təxminən 20 il əvvəl Yaponiya bu məsələni diqqətlə öyrənən ilk ölkə oldu. Maarifləndirmə məqsədilə hətta eksperiment də aparılıb: ilin sonunda müxtəlif yaş və peşələrdən olan 1500 nəfər sintetik paltar geyinib. İlin sonuna qədər onlardan 600-ə yaxınının səhhətinin pisləşməsi, dəri xəstəliklərindən əziyyət çəkdiyi və bütövlükdə orqanizmin zədələnməsi müşahidə olunub. Bu, birbaşa olaraq, sintetik liflə insan dərisi arasında potensial fərqə görə elektrostatik müdaxilənin hətta ürək hüceyrələrində də müxtəlif mutasiyalara səbəb olması ilə bağlıdır. Buna görə də sintetik alt paltarı geyinmək xüsusilə təhlükəlidir. Bu xüsusilə tez-tez neylon külot geyinən qadınlar üçün zərərlidir.
Forması nə olursa olsun,dar geyinməyi sevənlər üçün nə qədər kədərli olsa da, ekspertlər bir ağızdan deyirlər: paltar gen olmalıdır. Məsələn, çox dar bir yaxası boyun fəqərələrinə mənfi təsir göstərə bilər. Üstəlik, çox dar boğazlı geyim görmə qabiliyyətini də poza bilər. Argentina hökumətinin tələbi ilə hətta istehsalçılara kiçik ölçülər istehsal etməyi qadağan edən qanun qəbul etməyi də planlaşdırır. Həqiqət budur ki, bütün bu planlar çox yavaş irəlləyən prossesdir və belə bir qanunların bütün dünyada qəbul edilməsi böyük zaman alacaq.