Xcross blog

Nike Air Force modelinin tarixi

Nike Air Force modeli artıq 42 illik tarixə malikdir. Nike brendinin tarixi boyu ən çox satılan modeli — Nike Air Force modelidir.İldən ilə isə bu model daha da çox sevgi qazanaraq öz liderliyini daha da gücləndirir.Hazırda 2000dən çox rəng və seçənəkləri mövcuddur.

2003-cü ildə Kobe Brayantın adidas şirkəti ilə müqaviləsi pozuldu və azad agent kimi yeni müqavilələr üçün şanlar yarandı.Bu dönəmdə bir çox brendin ayaqqabılarını sınaqdan çıxaran Kobe Brayant Nike Air Force 1 modelini də sınaqdan keçirir.Bəlkə də bu səbəbdən Kobe ən sonunda Nike şirkəti ilə müqavilə imzalayır.

Air texnologiyası ilk dəfə Air Force 1 modeli ilə basketball ayaqqabılarında istifadə edilməyə başladı.Ayaqqabının altlığında xüsusi bölmədə hava boşluğu yaradılırdı və bu basketball ayaqqabıları tarixində innovasiya oldu.Bu texnologiya NBA oyunçularının hamısı tərəfindən rəğbətlə qarşılandı.

Nike Air Force 1 bəşəriyyətin ən çox satılan sneakersi kimi tarixə düşmüşdür.Bunu hamının bildiyini düşünürük bəs siz bu modelin Nike şirkətinə nə qədər pul qazandırdığını bilirsiniz ? Ortalama olaraq illik olaraq Air Force 1 modeli Nike şirkətinə 800 milyon dollar gəlir gətirir.Düşünsək ki,42 ildir bu model Nike şirkətinə gəlir gətirir bu rəqəmin hara getdiyini özünüz hesablaya bilərsiniz.